Ucnoqta.az
www.ucnoqta.az

ETSN-nin Tədris Mərkəzi ləğv edilib - <font color=red><b>Qərar</b></font>

11:10 - 20 Avqust 2022 tarixində dərc olunub.

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərar verib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanı ilə İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun ləğv edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 3 may tarixli 209 nömrəli Qərarı ilə bir sıra institutlar, o cümlədən İxtisaslaşdırma və İxtisasartırma İnstitutu ləğv edilib.

Təlim ehtiyaclarının ödənilməsi ilə bağlı dövlət orqanları, özəl şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyət qurulduğundan və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tədris Mərkəzinin ləğv edilməsi zərurəti yaranıb.

Müəllif: