Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batan şəxsin meyiti tapılıb

17:47 - 19 Avqust 2022 tarixində dərc olunub.
Dənizdə ("Zuğulba 3" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. Bu barədə FHN-dən məlumat verilib. Xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Müəllif: