Ucnoqta.az
www.ucnoqta.az

Həmyerlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

10:28 - 19 Avqust 2022 tarixində dərc olunub.

Salyan rayon sakininin həmyerlisi tərəfindən xuliqanlıq niyyəti ilə öldürülməsi faktı ilə bağlı istintaq olunan cinayət işi tamamlanıb

Salyan rayon prokurorluğundan verilən məlumata görə, bu il mayın 24-də Salyan rayonu ərazisində 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə əvvəldən tanımadığı Natiq Əhmədova yaxınlaşaraq heç bir əsaslı səbəb olmadan kəsici-deşici alətlə müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında İnsanağa Əsgərova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Müəllif: