Ucnoqta.az
www.ucnoqta.az

Bakıda baş verən güclü yanğın söndürüldü - <font color=red><b>YENİLƏNİB </b></font>

16:36 - 18 Avqust 2022 tarixində dərc olunub.

Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında anbarda və ona bitişik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

14:56

Bakıda məişət tullantıları və anbar yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif: