Ucnoqta.az
www.ucnoqta.az

Bu ilin 7 ayında əhaliyə verilən sosial ödənişlərin həcmi artıb

10:09 - 18 Avqust 2022 tarixində dərc olunub.

Sosial təminat növləri üzrə ödənişlərdə artım dinamikası davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, nazirlik tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin 7 ayı ərzində pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 3 mlrd. 823 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 9,3 faiz və ya 324,3 mln. manat çoxdur./apa

Müəllif: