Ucnoqta.az
www.ucnoqta.az

Qazaxın 7 kəndi ilə bağlı DSX generalından <font color=red><b>açıqlama</b></font>

12:28 - 16 Avqust 2022 tarixində dərc olunub.

“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.

Ucnoqta.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

“Daha sonra isə bütün məsələlərdə olduğu kimi, bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Müəllif: