Ucnoqta.az
www.ucnoqta.az

Bakıda işlədiyi yerdən çıxan qadın itkin düşüb

10:23 - 16 Avqust 2022 tarixində dərc olunub.

Bakıda 27 yaşlı qadın itkin düşüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 11-də Səbail rayonu, Salyan yolu 32 ünvanında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızı işlədiyi "Gəncə təndiri" adlı çörək sexindən saat 21 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Müəllif: