Ucnoqta.az
www.ucnoqta.az

Hulusi Akar Vətən müharibəsi şəhidi Valeh Məmiyevdən danışdı - <font color=red><b>VİDEO</b></font>

21:46 - 15 Avqust 2022 tarixində dərc olunub.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi - baş leytenant Valeh Məmiyevi yada salıb.

Ucnoqta.az xəbər verir ki, nazir Hulusi Akar mətbuata müsahibəsində yenidən 44 günlük Vətən müharibəsi şəhidi Valeh Məmiyevdən danışıb. Belə ki, Hulusi Akar bildirib ki, Türkiyə və Azərbaycan hərbçilərinin təltifetmə mərasimində Valeh Məmiyevə dedim ki, əsas məsələ torpaqların işğaldan azad edilməsidir:

"Həmin təltifetmə mərasimində şəkil də çəkdirdik. 44 günlük müharibə zamanı Valeh ağır yaralanır. Xəstəxanada ağır yaralı halda cibindən fotonu çıxarıb deyir ki, Hulusi paşaya deyin ki, mən tapşırığı yerinə yetirdim".

Müəllif: