Ucnoqta.az
www.ucnoqta.az

Avropada təbii qazın qiyməti bahalaşıb

13:07 - 15 Avqust 2022 tarixində dərc olunub.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti təxminən 1 % artaraq min kubmetr üçün 2 180 ABŞ dollarından yuxarı qalmaqdadır.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, bu gün qeydə alınan ən aşağı qiymət 2 181,2 ABŞ dolları, ən yüksək qiymət 2 197 ABŞ dollarıdır.

Hazırda Avropa Rusiyadan tədarüklə bağlı gərginlik səbəbindən təzyiq hiss etməkdə davam edir.

Müəllif: