Ucnoqta.az
www.ucnoqta.az

Daha bir erməni hərbçisi öldü

21:18 - 14 Avqust 2022 tarixində dərc olunub.

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, avqustun 14-də saat Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, 41 yaşlı Manvel Tadevosyanın vəziyyəti kəskin pisləşib.

Tibbi yardım göstərilməsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hərbçinin ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Müəllif: