Ucnoqta.az
www.ucnoqta.az

Xəzər dənizində 4 nəfər batıb - <font color=red><b>YENİLƏNİB</b></font>

20:03 - 12 Avqust 2022 tarixində dərc olunub.

Xəzər dənizində daha iki nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

19:04

Xəzər dənizində iki nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: