Ucnoqta.az
www.ucnoqta.az

İstehlaka yararsız müxtəlif növ süd və süd məhsulları məhv edilib

16:19 - 12 Avqust 2022 tarixində dərc olunub.

İstehlaka yararsız müxtəlif növ süd və süd məhsulları məhv edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 36.86 ton müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Müəllif: