Ucnoqta.az
www.ucnoqta.az

Bakıda “Opel” şirniyyat mağazasına <font color=red><b>"girdi" - FOTO</b></font>

08:48 - 12 Avqust 2022 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb. İdarəetməni itirən sürücü “Opel” markalı avtomobili yol kənarındakı şirniyyat mağazasına vurub.

Hadisə nəticəsində iş yerinə ciddi ziyan dəyib. Mağazanın şüşələri və bir neçə avadanlıq sıradan çıxıb.

Yüngün bədən xəsarəti alan sürücü xəstəxanaya çatdırılıb.///apa

Müəllif: