Ucnoqta.az
www.ucnoqta.az

Babadağda həlak olan şəxsin meyiti tapılıb - <font color=red><b>FHN</b></font>

19:49 - 9 Avqust 2022 tarixində dərc olunub.

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Müəllif: