Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan İslamiadada növbəti medalını qazandı

19:32 - 9 Avqust 2022 tarixində dərc olunub.

Azərbaycan atleti Aleksis Kopello Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bu, Azərbaycanın İslamiadada əldə etdiyi 3-cü medal olub. Daha əvvəl Anna Skidan çəkicatmada qızıl, taekvondoçu Həşim Məhəmmədov isə bürünc medala sahib çıxıb.

Müəllif: