Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazidə iki erməni əsgər silahla ehtiyatsız davranma nəticəsində ağır yaralanıb.
Ucnoqta.az erməni KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 8-də baş verib. Belə ki, müqaviləli hərbi qulluqçular Qurgen Danielyan və Artur Aruşanyan silahdan (partlayıcı) istifadə qaydalarını pozduqları üçün xəsarət alıblar.
Yaralıların vəziyyəti ağır qiymətləndirilir. Hadisənin baş vermə şəraitinin müəyyən edilməsi üçün araşdırma aparılır.