Ucnoqta.az
www.ucnoqta.az

“Google”un fəaliyyətində problem yaranıb

09:17 - 9 Avqust 2022 tarixində dərc olunub.

“Google” şirkətinin təqdim etdiyi xidmətlərdə kütləvi problemlər müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Downdetector saytı məlumat verib. Əsas şikayətlər axtarış sistemi ilə bağlıdır. Bununla yanaşı Google Maps servisinin də işində ləngimələr qeydə alınıb.

Problemlə əsasən ABŞ, Kanada, Yaponiya və Almaniyadan olan istifadəçilər üzləşiblər.

Müəllif: