Moldovada ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu haqda Moldova Səhiyyə Nazirliyi məlumat yayıb.
“Respublikada ilk meymunçiçəyinə yoluxma faktı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn xarici vətəndaşda təsdiqlənib”, - nazirliyin məlumatında bildirilib.