Ucnoqta.az
www.ucnoqta.az

Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb

23:25 - 8 Avqust 2022 tarixində dərc olunub.

Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb.

Bu barədə Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: