Ucnoqta.az
www.ucnoqta.az

Səlim Müslümov dövlətə dəymiş 7 milyon manata yaxın ziyanı ödəyib

16:42 - 8 Avqust 2022 tarixində dərc olunub.

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə dövlətə 13 milyon manatdan artıq ziyan dəyib.

APA-nın əldə etdiyi xəbərə görə, sabiq nazir həmin məbləğin 6 milyon 974 min manatını ödəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsi qalan məbləğin də ödənilməsini istəyib.

Müəllif: