Ucnoqta.az
www.ucnoqta.az

Sənaye zonalarında istehsal olunan məhsullar 50-dən çox ölkəyə ixrac edilib - <font color=red><b>Nazir</b></font>

11:42 - 8 Avqust 2022 tarixində dərc olunub.

2022-ci ilin I yarısında 1,3 mlrd. manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1% (543,9 mln. manat) olub.

Ucnoqta.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Müəllif: