Tovuz rayonunun Abulbəyli kəndində ümumi sahəsi 80 m² olan taxta konstruksiyadan ibarət çayxana və içərisindəki əşyalar yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.