Ucnoqta.az
www.ucnoqta.az

13 yaşlı oğlan dənizdə boğuldu

15:20 - 6 Avqust 2022 tarixində dərc olunub.

Xəzər dənizində yeniyetmə batıb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Şollar kənd sakini, 2009-cu il təvəllüdlü Firudin Loğman oğlu Bağırov dostları ilə liman adlanan ərazidə balıq tutarkən boğulub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: