Ucnoqta.az
www.ucnoqta.az

Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb

12:30 - 6 Avqust 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Müəllif: