Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda ağır qəza - <font color=red><b>ölən və xəsarət alanlar var</b></font>

20:55 - 4 Avqust 2022 tarixində dərc olunub.

Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Xan Qərvənd yolunda qeydə alınıb.

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Əli Babayev dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: