Ucnoqta.az
www.ucnoqta.az

DYP rəisi rüşvət alıb? - <font color=red><b>DİN-dən AÇIQLAMA</b></font>

18:37 - 4 Avqust 2022 tarixində dərc olunub.

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisinin rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb.

Belə ki, sosial şəbəkələrdə yayılan videoda Xaçmaz DYP-nin rəisi polis mayoru Elnur Quliyevin otaqda əməkdaşları ilə pul müzakirə etdiyi görülür.

Məsələ ilə bağlı DİN-ə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı müvafiq araşdırma aparılıb.

“Bəzi sosial şəbəkə seqmentlərində yayılan görüntülər köhnə kadrlardır”.///oxu.az

Müəllif: