Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>XƏBƏRDARLIQ:</b></font> Yağış yağacaq, külək əsəcək

15:28 - 4 Avqust 2022 tarixində dərc olunub.

Bakıda və Abşeron yarımadasında avqustun 6-dan 9-u günüzədək şimal-qərb küləyinin 15-18 m/s, 6-07-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 6-8-də əsasən, gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

Müəllif: