Sosial şəbəkədə Ordumuzun avqustun 3-ü keçirdiyi antiterror əməliyyatında nəzarətə götürdüyü Sarıbaba dağının görüntüsü yayılıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə paylaşım edib.
O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən - doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib:
"Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa rayonunun ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib."