Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan itkilərini etiraf etdi - <font color=red><b>19 yaralı, 2 ölü</b></font>

22:30 - 3 Avqust 2022 tarixində dərc olunub.

Ermənistanın səhiyyə naziri itkilərinin sayını açıqlayıb

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, səhiyyə naziri Azərbaycanın əməliyyatı zamanı 19 hərbçinin yaralandığını, 2-nin isə öldüyünü bildirib. O, yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu, onlardan birinin isə çox ağır vəziyyətdə olduğunu qeyd edib.

Qeyd edək ki, ki, Azərbaycan MN "Qisas "əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyinin dağıdıldığı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirildiyi, nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsinin məhv edildiyi və yaralandığı, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatının məhv edildiyini açıqlayıb.

Müəllif: