Ucnoqta.az
www.ucnoqta.az

“Çini təhqir edənlər cəzalandırılacaq”

16:38 - 3 Avqust 2022 tarixində dərc olunub.

“Odla oynayanların sonu yaxşı olmayacaq. Çini təhqir edənlər cəzalandırılacaq”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi Kambocada keçirilən Cənub-Şərqi Asiya Dövlǝtlǝri Assosiasiyasının (ASEAN) toplantısı zamanı deyib.

Nazir çıxışında  ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini cəfəngiyyat adlandırıb və ABŞ-ı qondarma demokratiya adı altında ölkəsinin suverenliyini pozmaqda ittiham edib: “Bu tip davranışlar tək Çin beynəlxalq konsensusunu dəyişdirməyəcək”.

 

Müəllif: