Ucnoqta.az
www.ucnoqta.az

Bulvarda intihara cəhd edən qadın xilas edildi -<font color=red><b> VİDEO</b></font>

16:18 - 3 Avqust 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhəri, Səbail rayonu Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub.

Ucnoqta.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-Bulvarı” dalğıc axtarış qrupunun müvafiq xilasetmə qüvvələri tərəfindən 1991-ci il təvəllüdlü S.Ağakişiyeva xilas olunaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Müəllif: