Ucnoqta.az
www.ucnoqta.az

MİQ müsabiqəsinin vakansiya seçiminə başlanılır

15:49 - 3 Avqust 2022 tarixində dərc olunub.

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin vakansiya seçimi mərhələsinə start veriləcək.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Müəllif: