Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ukraynaya 35 ton humanitar yardım göndərdi

15:28 - 3 Avqust 2022 tarixində dərc olunub.

"Azərbaycan və Ukrayna arasında uzunmüddətli dostluq əlaqələri var. Bu gün gəncəlilər Ukrayna xalqına humanitar yardım göndərir".

Ucnoqta.az xəbər verir ki, bunu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısın müavini Adil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gəncənin Ukraynanın bir çox şəhərləri, sənayə müəssisələri, mədəniyyət mərkəzləri ilə geniş əlaqələri var: “Bu əlaqələr xətti üzrə köməyə ehtiyac barədə istəkləri olub. Biz qədirbilən, dostsevən gəncəlilər bu çağırışa biganə qala bilməzdik. Ona görə bu gün Gəncə adından 35 ton, əsasən ərzaq məhsulları olmaqla Ukraynaya humanitar yardım göndərilir”.

Müəllif: