Ucnoqta.az
www.ucnoqta.az

Minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlandı

14:41 - 2 Avqust 2022 tarixində dərc olunub.

2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, minaya düşmə nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub.

Qeyd edilib ki, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müəllif: