Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev əməliyyat olunub.
Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, C.Quliyev Bakıda klinikaların birində gözündən əməliyyat edilib.
Bu barədə sənətçi “Facebook” hesabında məlumat paylaşıb.
“Mənə dünyanın rənglərini yenidən göstərən şəxsə təşəkkür edirəm”, - deyə bəstəkar bildirib.