Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 14 yaşlı qız itkin düşüb

09:26 - 2 Avqust 2022 tarixində dərc olunub.

Bakıda yeniyetmə qız itkin düşüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə iyulun 30-da Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü Məmmədova Eltac Tural qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Müəllif: