Ucnoqta.az
www.ucnoqta.az

Koronaya yoluxanların sayı <font color=red><b>400-ü keçdi</b></font>

16:48 - 31 İyul 2022 tarixində dərc olunub.
Azərbaycanda koronavirusa 434 yeni yoluxma qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib. Ölkədə indiyədək 798 838 nəfər koronavirusa yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9 748 nəfər vəfat edib, aktiv xəstə sayı 2 408 nəfərdir. Ölkədə son sutka ərzində 3 129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.
Müəllif: