Ucnoqta.az
www.ucnoqta.az

Milli Yaylaq Festivalına gedən jurnalistlər <font color=red><b>yolda qaldılar - FOTO</b></font>

00:03 - 31 İyul 2022 tarixində dərc olunub.

Bu gün Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, yağış suyu torpaq yolu keçilməz edib.

Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.
Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.

Qeyd edək ki, jurnalistlərin bugünkü səfəri Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib.

Müəllif: