Bərdə rayonunda ev yanıb.
Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Alaçadırlı kəndində baş verib. Ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.