Ucnoqta.az
www.ucnoqta.az

Qobustanda avtomobil yanıb

12:42 - 30 İyul 2022 tarixində dərc olunub.

Qobustan rayonunda avtomobil yanıb.

Hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsindən anidən yanğın başlayıb. Lakin avtomobili söndürmək mümkün olmayıb.

Xoşbəxtçilikdən ölən və yaralanan olmayıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: