Ucnoqta.az
www.ucnoqta.az

“Elm və Təhsil Nazirliyi elmi qurum deyil" - <font color=red><b>Emin Əmrullayev</b></font>

18:50 - 29 İyul 2022 tarixində dərc olunub.

“Elm və Təhsil Nazirliyi elmi qurum deyil".

Bunu elm və təhsil naziri Emin Əmrullayev “AzTV” telekanalının “Hədəf” verilişinə müsahibəsində deyib.

"Bu, qətiyyən doğru deyil. Nazirliklər elmi fəaliyyətlə məşğul deyil, söhbət elm sahəsinin idarə edilməsindən gedir”, - nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, elm və təhsilin qarşılıqlı əməkdaşlığı uzun müddətdir ki, Azərbyacan cəmiyyətində müzakirə olunurdu”.

O əlavə edib ki, Prezidentin fərmanına əsasən, yeni yaradılan qurum elm sahəsində tənzimləmə funksiyasını və elmi fəaliyyətin koordinasiyası, inzibati idarəedilməsi, elm sahəsinin maliyyələşməsini həyata keçirir.

Müəllif: