Ucnoqta.az
www.ucnoqta.az

Yük və minik maşınları toqquşdu -<font color=red><b> ölən və yaralı var</b></font>

19:00 - 28 İyul 2022 tarixində dərc olunub.

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb.

“BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb.

Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: