Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə 11 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb

18:05 - 28 İyul 2022 tarixində dərc olunub.

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Bum qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2011-ci il təvəllüdlü Aqşin Qurban oğlu Ağasiyev qırılaraq yerə düşən elektrik naqilinə toxunması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: