Ucnoqta.az
www.ucnoqta.az

Prezident Agentliyə 3 milyon manat ayırdı - <font color=red><b>SƏRƏNCAM</b></font>

13:47 - 28 İyul 2022 tarixində dərc olunub.

Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Müəllif: