Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı müəyyənləşib

11:18 - 28 İyul 2022 tarixində dərc olunub.

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.

Müəllif: