Ucnoqta.az
www.ucnoqta.az

Rəşad Qurban Qurbanovu təbrik etdi: <font color=red><b>"Azərbaycana sənin kimi oğul verdiyinə görə... "</b></font>

09:31 - 28 İyul 2022 tarixində dərc olunub.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlməsinə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı “atlılar”ın İsveçrə “Sürix”ini mübarizədən kənarlaşdırdığı (3:2, 2:2) oyundan sonra rəsmi instaqram səhifəsində komandanın baş məşqçisi Qurban Qurbanovla fotosunu paylaşıb.

Sadıqov paylaşımında qeyd edib: “Azərbaycana sənin kimi oğul verdiyinə görə Allaha nə qədər şükür etsək, yetməz!”.

Müəllif: