Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb - <font color=red><b>YENİLƏNİB</b></font>

14:48 - 27 İyul 2022 tarixində dərc olunub.

Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.

Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

13.21

Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində bıçaqla xəsarət yetirib.

Daha sonra yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report

Müəllif: