Ucnoqta.az
www.ucnoqta.az

Bakıda işıqfor dirəkləri<font color=red><b> OĞURLANDI</b></font>

12:12 - 25 İyul 2022 tarixində dərc olunub.

Bakının Buzovna qəsəbəsində anbardan işıqfor dirəkləri oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisində yerləşən “Avtopark” MMC-nin anbarından üç ədəd işıqfor dirəyini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Abdullayev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü ( Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olması da məlum olub.

Müəllif: