Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Goranboyda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev APA-ya bildirib ki, qeyd olunan qəzada ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.
DYP rəsmisi qeyd edib ki, faktla bağlı araşdırma aparılır.