Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə itkin düşüb

20:38 - 23 İyul 2022 tarixində dərc olunub.

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: